18 
Mar
2019
23:15
43
391
9115
Virtual karabakh

Niderlandda terror törədən şəxs türk çıxdı - FOTO/VİDEO

18 Mar, 2019
23:15
9115

Niderlandda terror törədən şəxs türk çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın Utrext şəhərində atışma barədə məlumat vermişdik. Niderland polisi hadisəni törədən şəxsin 37 yaşlı türk əsilli Gökmən Tanış olduğunu bildirib.

BBC-nin məlumatına görə, Gökmən Tanış Türkiyədə anadan olmuş Niderland vətəndaşıdır. Onun Çeçenistanda hərbi əməliyyatlarda iştirak etdiyi, bir neçə il öncə İŞİD-lə əlaqələrinə görə həbs olunduğu bildirilib.

Hadisə şahidlərinin dediyinə görə, Gökmən Tanış tramvayda qəfildən silahını çəkib və hər kəsə atəş açmağa başlayıb.

 Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Baş vermiş hadisədən sonra ölkədə təhlükəsizlik tədbirləri artırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri