20 
Mar
2019
19:56
34
194
13671
Virtual karabakh

Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO

20 Mar, 2019
19:56
13671

Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada qasırğa zamanı “Cessna 680” təyyarəsinin enişi videoya düşüb.

Kadrlarda biznes-cet Düsseldorf hava limanında sürəti saatda 120 kilometrə çatan güclü külək zamanı eniş edir. Əvvəlcə təyyarə bir tərəfdən digər tərəfə yellənir, uçuş-eniş zolağına çatanda pilot meyillik bucağını tənzimləməyə çalışsa da, təyyarə daha da güclü titrəyir.

Nəhayət, təyyarə eniş edəndə, qanadlardan biri yenidən sola əyilir, - ilğıma görə elə təəssürat yaranır ki, “Cessna” “asfaltda batır.”

“Təəccüblüdür ki, külək səbəbindən qanadlardan biri o qədər yuxarıya qalxıb ki, digəri elə bil uçuş-eniş zolağına dəyir. Əvvəllər heç vaxt belə mənzərə görməmişdim”, - videonun müəllifi deyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri