21 
Mar
2019
09:24
134
89
10031
Virtual karabakh

Nəhəng dalğa turisti havaya uçurdu - VİDEO

21 Mar, 2019
09:24
10031

Nəhəng dalğa turisti havaya uçurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bali adasında qayaların kənarında fotoşəkil üçün poz verən turisti güclü dalğa havaya uçurub.

İnsidentin kadrlarını Daily Mail yayıb.

Videoda açıq-çəhrayi geyimdə olan qızın əllərini yayaraq, şəkil çəkdirdiyini görmək olur. Bu an qəfil peyda olan nəhəng dalğa onu və video çəkən şəxsi bir kənara atır.

Növbəti kadrlarda baş verənlərin fəsadları əksini tapır: qız düşkün vəziyyətdə yamyaş olmuş paltarda oturacaqda əyləşib, kişi isə onun bədənindəki yaraları su ilə yuyur.

Görüntü qısa müddət ərzində sosial şəbəkələrdə ən çox paylaşılan videolardan birinə çevrilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri