21 
Mar
2019
11:25
25
427
2241
Virtual karabakh

Əfqanıstanda Novruz şənliyində terror: Ölən və yaralılar var - YENİLƏNİB

21 Mar, 2019
11:25
2241

Əfqanıstanda Novruz şənliyində terror: Ölən və yaralılar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kabildə Novruz şənliyi zamanı törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Xəstəxanalarda 23 yaralının olduğu deyilir.

Bu haqda “RİA Novosti”  1TV telekanalına istinadən məlumat yayıb.

10:32

Əfqanıstanın paytaxtı Kabildə şiyə ziyarətgahı yaxınlığında keçirilən Novruz şənliyində üç partlayış törədilib.

Hadisə nəticəsində azı iki nəfərin həlak olduğu, 14 nəfərin yaralandığı bildirilir.

Bu haqda “Xinhua”  agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

İlk partlayış yerli vaxtla 09.30 radələrində Cəməl Mina rayonunda yerləşən mərkəzi dairəvi yolun yaxınlığında baş verib. Bir müddət sonra Karti-Səki adlı yerdə ardıcıl iki partlayış qeydə alınıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri