21 
Mar
2019
12:00
116
50
6409
Virtual karabakh

Los-Ancelesdə UFO həyəcanı – VİDEO

21 Mar, 2019
12:00
6409

Los-Ancelesdə UFO həyəcanı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Los-Anceles şəhərinin mərkəzində  səmada görününən obyekt yerli sakinlərin böyük marağına səbəb olub. Bəziləri təşviş içində bunun yadplanetlilərə aid gəmi, başqaları isə şəhərə düşən meteorit olduğunu yazıb.

Alatoranlıq səmada alovlanan uçan naməlum obyektin görüntüsü “Liveleak” portalında yayılıb.

Ancaq sonradan məlum olub ki, bu əslində nə UNO (uçan naməlum obyekt- qeyd), nədə meteoritdir, sadəcə 2019-cu ilin “son super-ay” hadisəsi münasibətilə Red Bull Air Force komandasının iki skaydayverinin (paraşutçu-qeyd)  həyata keçirdiyi tryukdur.

Duet 1000 metrdən çox yüksəklikdən helikopterdən tullanıb və xüsusi uçuş kostyumu ilə 200 km/saat sürətlə şəhər mərkəzinə doğru mayılı bucaqda eniş edib. Kostyumlardan biri alov saçdığından kənardan seyr edənlər üçün  meteorit və ya UNO effekti yaranıb.

“Los-Anceles mərkəzinə heç bir meteorit düşməyib. Nə də ki, yadplanetlilər şəhəri istila edib. Bu sadəcə çəkiliş məqsədilə edilən tryuk idi.”, deyə Los-Anceles polis rəsmisi sosial şəbəkədə sakinləri sakitləşdirməyə çalışıb

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri