21 
Mar
2019
13:44
571
64
21671
Virtual karabakh

Dollar ucuzlaşır

21 Mar, 2019
13:44
21671

Dollar ucuzlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FED-in (Federal Ehtiyat Sistemi,ABŞ- red) açıq bazarlar üzrə komitəsi uçot dərəcəsini əvvəlki səviyyədə (2,25-2,5 % civarında) saxlamağa qərar verib.

Oxu.Az-ın məlumatına görə, FED nümayənədələri  iqtisadi artım templərinin aşağı düşəcəyindən ehtiyat etdiklərinə görə 2019-cu ildə uçot dərəcəsini artırmamağı qət edib.

Bir çox iqtisadi şərhçilər faiz göstəricisinin bir və ya iki faiz qaldırılacağını proqnozlaşdırırdı.

ABŞ-da təkcə 2018-ci il ərzində uçot dərəcəsi üç dəfə 0,25 faiz artırılıb.

Faiz göstəricisinin artırılması adətən dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxarır.

Lakin “Fed”in  son qərarından sonra dünya valyuta bazarlarında dolların ucuzlaşması müşahidə olunub. Bakı vaxtı ilə saat 09.15-ə olan vəziyyətə görə, avronun dollara nisbətdə məzənnəsi 1,1423 dollara qədər yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi isə 110,55 yenə qədər aşağı düşüb.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri