21 
Mar
2019
15:27
34
621
5552
Virtual karabakh

Çinli qumarbaz borca düşdü, azyaşlı oğlunu satdı – VİDEO

21 Mar, 2019
15:27
5552

Çinli qumarbaz borca düşdü, azyaşlı oğlunu satdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Quyçjou əyalətinin, Quyan şəhərinin sakini borcun altından çıxmaq üçün bir yaşlı oğlunu satıb.

Bu haqda Daily Mail məlumat yayıb.

İşsiz olan həmin şəxs qumar alüdəçisidir. Mütəmadi olaraq internetdə mərc oyunları oynadığından 60 min yuandan (təx.15 min manat) çox borcu yığılıb.  Götürdüyü borcu qaytara bilmək üçün oğlunu tanımadığı bir cütlüyə təklif edib. O gənc ailəyə yalandan and-aman edib ki, həyat yoldaşı ilə boşanıb və uşağını təkbaşına boya-başa çatdırmağa heç bir imkanı qalmayıb. Onlar pul müqabilində uşağı övladlığa götürüblər.

2018-ci ilin noyabr ayında “qumarbaz” ata oğlunu 1,8 min kilometr uzaqda, başqa əyalətdə yaşayan “alıcılara” aparıb. Həyat yoldaşını sakitləşdirmək üçün uşağın nənəsinin yanında qaldığını deyib. Ana hər dəfə oğlunu soruşanda, ona yeni-yeni bəhanələr gətirib.

Üç aydan sonra qadın ərinin onu aldatdığından şübhələnməyə başlayıb. Onun mobil telefonunu yoxlayaraq, “alıcılarla” yazışmalarını aşkarlayıb. Əmin olmaq üçün qaynanasının evinə baş çəkib. Sonuncu ona nəvəsini uzun müddət görmədiyini söyləyib.  Bundan sonra o polisə müraciət etməli olub, əri isə aradan çıxmağa qərar verib.

Yalnız martın 14-də uşaq tapılaraq anasına təhvil verilib.  Bu arada hüquq mühafizə orqanları uzun müddət Quyan şəhərinin hotellərindən birində gizlənən “qumarbaz atanı” həbs edib. Ona qarşı insan alveri maddəsilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri