21 
Mar
2019
15:02
17
641
6076
Virtual karabakh

Britaniyada dörd məscidə hücum – FOTO

21 Mar, 2019
15:02
6076

Britaniyada dörd məscidə hücum – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya polisi cümə axşamı Birminqem şəhərində dörd məscidə edilən vandal hücumu ilə əlaqədar istintaq aparır.  Naməlum şəxs dörd ayrı məhəllədə yerləşən məscidin şüşələrini qırıb.

RİA Novosti” nin məlumatına görə, bu haqda Uest-Midlends qraflığının polis idarəsi məlumat  yayıb.

“Hələlik ötən gecə baş verən  bu hücumların motivləri məlum deyil”, - deyə polis rəsmisi Deyv Tompson bildirib.

Rəsmi məlumata görə, ilk insident yerli vaxtla 02:30-da (Bakı vaxtı ilə 06:30 radələrində) baş verib. Naməlum şəxs ağır çəkiclə məscidlərdən birinin şüşələrini qırıb. Sonradan polisə şəhərin üç başqa məscidinin də anoloji hücumlara məruz qalması ilə bağlı şikayət daxil olub.

Cinayətkarın yaxalanması istiqamətində işlər aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri