22 
Mar
2019
09:48
97
369
5667
Virtual karabakh

Çində güclü partlayış: 47 ölü, 640 yaralı - YENİLƏNİB + VİDEO

22 Mar, 2019
09:48
5667

Çində güclü partlayış: 47 ölü, 640 yaralı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində kimya zavodunda güclü partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb.

Reuters”in məlumatına görə, 640 nəfər yaralı xəstəxanalara yerləşdirilib.

Onlardan 32 nəfərin vəziyyəti ağırdır.

17.02

Çinin şərqində, Tsyansu əyalətində yerləşən kimya zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində altı nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı bildirilir.

Bu haqda “RİA Novosti” yerli rəsmilərə istinadən məlumat yayıb.

Əraziyə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım dəstələri göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə olunub.

Texnogen qəzanın səbəbi barədə məlumat verilmir.

Partlayış dalğası o qədər güclü olub ki, Çinin seysmoloji agentliyi 14:48 radələrində 2,2 bal gücündə zəlzələ qeydə alıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri