23 
Mar
2019
16:11
595
27
10297
Virtual karabakh

Ermənistanda hərbi hissədə qiyam

23 Mar, 2019
16:11
10297

Ermənistanda hərbi hissədə qiyam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistandakı hərbi hissələrin birində əsgərlər qiyam qaldırıblar. 

Bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. 

Hadisə barədə məlumat məxfi saxlanılsa da, həmin hərbi hissədə xidmət edən əsgərlərdən biri baş verənlər haqqında anasına danışdıqdan sonra xəbər mətbuata sızıb. 

Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində yazıb ki, bir neçə intizamsız əsgər “90-cı illərin qaydalarını” tətbiq etməyə cəhd edib və bu məqsədlə digər əsgərləri qiyama sövq edib. 

Ovannisyan qiyamda iştirak edənlərin sayının 600-dək çatması barədə məlumatları şişirdilmiş adlandırıb. O bildirib ki, faktla bağlı araşdırma aparılıb, əsgərlər və zabitlər cəzalandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri