24 
Mar
2019
09:11
194
72
6078
Virtual karabakh

Norveçdə kruiz layneri qəzaya uğrayıb - YENİLƏNİB + VİDEO

24 Mar, 2019
09:11
6078

Norveçdə kruiz layneri qəzaya uğrayıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, dünən Norveç sahillərində əlverişsiz hava şəraitində “Viking Sky” adlı kruiz layneri qəzaya uğrayıb. 

Mühərriki dayanmış gəmidən sərnişinlərin təxliyyəsi davam etdirilir.

Xilasetmə xidmətləri “Viking Sky” gəmisində olan 1300 sərnişindən 262 nəfərini artıq təxliyyə edib.

Qeyd edək ki, hava şəraiti nəzərə alınaraq təxliyyə helikopterlər vasitəsilə həyata keçirilir.

23 mart. 22:23

Norveç sahillərində əlverişsiz hava şəraitində “Viking Sky” adlı kruiz layneri qəzaya uğrayıb. 

REN TV-nin məlumatına görə, gəminin sərnişinləri helikopter vasitəsi ilə təxliyyə olunub.

İçərisində 1,3 min sərnişin olan gəmidən hələ ki, 100 nəfərin təxliyyə edildiyi bildirilir. 

 6-8 metr hündürlüyə malik dalğalar xilasetmə işlərini çətinləşdirir.

Gəminin mühərrikində problem yaranması və xilasetmə işlərinə 2 helikopter ayrılması barədə məlumat verilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri