24 
Mar
2019
09:00
22
360
4616
Virtual karabakh

Malidə qətlə yetirilənlərin sayı artıb - YENİLƏNİB

24 Mar, 2019
09:00
4616

Malidə qətlə yetirilənlərin sayı artıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şənbə günü Malinin mərkəzində qaban ovçularının geyimində olan naməlum şəxslərin hücumu nəticəsində ölən Fulani qəbiləsi nümayəndələrinin sayı 134-ə çatıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, ölənlərin sayının 110 olduğu deyilirdi.  

Qətlə yetirilənlər arasında uşaqlar, hamilə qadınlar və yaşlılar da var.

23 mart, 23:32

Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Gazeta.ru xəbər verir ki, bu barədə Bankas kommunasının meri məlumat yayıb.

Merin sözlərinə görə, qaban ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər.

Merin dediyinə görə, Oqossaqu kəndi tamamilə dağıdılıb və hələ də müxtəlif yerlərdən ölü cəsədləri tapılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri