24 
Mar
2019
15:16
20
236
2327
Virtual karabakh

Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb

24 Mar, 2019
15:16
2327

Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mozambikdə “İdai” tropik qasırğası nəticəsində ölənlərin sayı 446 nəfərə çatıb. Daha öncə 293 nəfərin həyatını itirməsi barədə məlumat vermişdik. 

TASS-ın məlumatına görə, Mozambik ətraf mühit naziri Selzo Korreyya deyib ki, təbii fəlakət 531 min insana ziyan vurub, 110 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Ölkənin baş naziri Karluş Aqostinyo du Rosariu ölənlərin sayının min nəfərdən çox ola biləcəyini qeyd edib.

Mozambikdə təbii fəlakət nəticəsində 531 min insana ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri