26 
Mar
2019
08:45
190
520
13129
Virtual karabakh

Sel fəlakəti İranı cənginə alıb - FOTO/VİDEO - YENİLƏNİB

26 Mar, 2019
08:45
13129

Sel fəlakəti İranı cənginə alıb - FOTO/VİDEO - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın cənub bölgəsində güclü sel nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, azı 100 nəfər yaralanıb.

Bu haqda BBC İranlı rəsmilərə istinadən məlumat yayıb.

Daşqın suları yüzlərlə bina və tikiliyə ziyan vurub.

Qeyd edək ki, təbii fəlakət Şiraz şəhərini qəfil yaxalayıb. Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olduğundan əksər dövlət idarələri bağlı olub və qabaqlayıcı tədbirlər demək olar ki, görülməyib.

25 mart / 16:54

İranın Şiraz şəhərində davam edən güclü yağış nəticəsində sel əmələ gəlib. 

“Mehr” agentliyinin məlumatına görə, bununla bağlı İranın Fövqəladə Hallar Mərkəzinin rəhbəri Pir Hüseyn Kolyond açıqlama verib. 

Onun sözlərinə görə, şəhərin Qurani-Kərim qapısı küçəsində sel 200-dən çox avtomobili aparıb. 

Hadisə nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Kolyon qeyd edib ki, sel nəticəsində yüzlərlə ev su altında qalıb.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri