26 
Mar
2019
00:23
59
871
5202
Virtual karabakh

İsrail Qəzzanı bombaladı - YENİLƏNİB

26 Mar, 2019
00:23
5202

İsrail Qəzzanı bombaladı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Hava Qüvvələri, Qəzza zolağındakı HƏMAS hərəkatının lideri İsmail Haniyənin ofisini bombalayıb.

Bu barədə “Reuters” məlumat yayıb. 

HƏMAS lideri və silahdaşlarının yaralanmadığı bildirilir.  

Qeyd edək ki, martın 25-də Qəzza zolağından atılan raket evlərdən birinə düşüb. 

Hadisə nəticəsində yeddi nəfər, o cümlədən bir azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.

Buna cavab olaraq, İsrail Qəzza zolağını bombalamağa başlayıb.

20:58

İsrail Qəzza zolağında HƏMAS təşkilatının mövqelərinə zərbələr endirməyə başlayıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb. Tramp bəyan edib ki, ABŞ İsrailin özünü müdafiə etmək hüququnu tanıyır.

Martın 25-də Qəzza zolağından atılan raket Mişmet yaşayış məntəqəsində evlərdən birinə düşüb. Hadisə nəticəsində yeddi nəfər, o cümlədən bir azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.

ABŞ-da səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, Qəzza zolağından atılan raketlər cavabsız qalmayacaq.

Bundan sonra sərhədə qoşunlar göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri