26 
Mar
2019
01:22
184
61
4964
Virtual karabakh

İsrail və HƏMAS razılaşdılar

26 Mar, 2019
01:22
4964

İsrail və HƏMAS razılaşdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

HƏMAS təşkilatı Qəzza zolağında İsraillə ikitərəfli atəşkəsin elan olunduğunu bəyan edib.

“Misirin səyləri ilə işğalçı qüvvələr və müqavimət fraksiyaları arasında atəşkəs elan olunub”, - hərəkatın rəsmçi nümayəndəsi Fauzi Barhum bildirib.

Qeyd edək ki, bundan əvvəl, martın 25-də Qəzza zolağından atılan raket evlərdən birinə düşüb. 

Hadisə nəticəsində yeddi nəfər, o cümlədən bir azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.

Buna cavab olaraq, İsrail Qəzza zolağını bombalamağa başlayıb. İsrail ordusu bir neçə saat ərzində anklavın ərazisinə zərbələr endirib. Həmçinin HƏMAS ofisi bombardmana məruz qalıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri