26 
Mar
2019
15:01
83
273
4515
Virtual karabakh

Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarketi yardı

26 Mar, 2019
15:01
4515

Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarketi yardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburqun mərkəzində fəaliyyət göstərən “Pyatoroçka” şəbəkəsinə aid mağaza yeniyetmələr tərəfindən qarət olunub.

Konkretno.ru”nun məlumatına görə, hadisə martın 25-də axşam saatlarında baş verib.

Bir dəstə yeniyetmə Telejnaya küçəsində yerləşən supermarketə daxil olaraq, piştaxtalardakı malları oğurlayıb və hadisə yerindən qaçıb.

Polis əməkdaşları hadisə ilə bağlı yaşları 14-18 arasında olan 10 nəfəri saxlayıb.

Saxlanılanlar arasında 16 və 18 yaşlarında olanların heç yerdə oxuyub, işləmədiyi bəlli olub.
Bundan başqa onlardan ən böyüyünün Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.

Hazırda supermarketə vurulmuş ziyan hesablanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri