26 
Mar
2019
17:47
49
283
11675
Virtual karabakh

Roma Papasının kobudluğu hamını təəcübləndirdi - VİDEO

26 Mar, 2019
17:47
11675

Roma Papasının kobudluğu hamını təəcübləndirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roma Papası Fransiskin ziyarətçilərin onun üzüyünü öpməsinə icazə verməməsi sosial şəbəkədə ciddi narazılıq dalğasına səbəb olub.

Bu haqda “Ren TV” məlumat yayıb.

Kilsə ziyarətçiləri messadan (dini ayin - red.) sonra hörmət əlaməti olaraq əyilərək Papanın əlini öpmək istəyib, o isə həmin əlini qəfil hərəkətlə kənara çəkib və növbəti ziyarətçini qəbul edib.

Katolik ənənələrinə görə, Papanın üzüyünü öpmək Vatikan rəhbərinə hörmət əlaməti sayılır. 

Üzük ilk Roma Papası olan həvari Pyotrun əvvəllər adi balıqçı olduğunu xatırladır. Üzüyün üzərində Pyotrun qayıqdan tor atması təsvir olunub.

Əksər sosial şəbəkə istifadəçiləri Roma Papasının bu hərəkətini ziyarətçilərə qarşı hörmətsizlik və kobud hərəkət kimi qələmə verib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri