26 
Mar
2019
18:32
17
341
5166
Virtual karabakh

Türkiyədə hava limanında atışma olub

26 Mar, 2019
18:32
5166

Türkiyədə hava limanında atışma olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kayseri şəhərinin hava limanında silahlı insident baş verib. 

Polis məmuru Eyyub. B həmkarı Əli.A.-ya tapançadan 3 dəfə atəş açıb. Daha sonra o, eyni silahla özünü öldürməyə cəhd edib. 

Hər iki polis ağır yaralı halda xəstəxanaya çatdırılıb.

Habertürk xəbər verir ki, hadisə bu gün  yerli vaxtla saat 16:20-də, hava limanının daxili uçuşlar bölməsində baş verib. 

Polislər arasında şəxsi zəmində münaqişə yaşanıb və onlardan biri digərini vurduqdan sonra, özünü də öldürmək istəyib.

Hadisəylə bağlı hava limanında təhlükəsizlik tədbirləri  gücləndirilib. Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri