Apr
2019
17:31
22
167
6898
Virtual karabakh

Nəhəng gəminin üzərinə kran aşdı - FOTO/VİDEO

2 Apr, 2019
17:31
6898

Nəhəng gəminin üzərinə kran aşdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Bahama adasında dünyanın ən böyük səyahət gəmilərindən olan “Oasis of the Seas” (Dənizlərin oazisi) layneri üzərinə qaldırıcı kran aşıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

İnsident nəticəsində səkkiz nəfər yaralanıb. Zərərçəkənlərin tərsanə işçiləri olduğu bildirilir.  Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib, həyatları təhlükədə deyil.

İnsident vaxtı 200 min tonluq gəminin göyərtəsində sərnişin olmayıb.

Kranın planlı texniki baxış zamanı gəmiyə çırpıldığı qeyd olunur. Səyahət laynerinə zərbədən böyük ziyan dəyib.

Qeyd edək ki, “Royal Carribean” şirkətinin balansında olan layner 2008-ci ilə qədər dünyanın ən böyük sərnişin gəmisi sayılırdı (6300 sərnişin tutumu, uzunluğu 362 metr, eni 66 metr).

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri