Apr
2019
00:01
12
240
1906
Virtual karabakh

Yerevan Rusiyadan aldığı kreditin ödənilmə müddətinin uzadılmasını istəyib

5 Apr, 2019
00:01
1906

Yerevan Rusiyadan aldığı kreditin ödənilmə müddətinin uzadılmasını istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan  “Metsamor” Atom Elektrik Stansiyasının (AES) müasirləşdirilməsi üçün Rusiyadan aldığı kreditin ödənilmə müddətinin uzadılmasını istəyib. Ermənistanın energetika və təbii sərvətlər nazirliyinin beynəlxalq əlaqələr üzrə idarəsinin rəisi Tiqran Melkonyan bildirib ki, ölkə ayrılan krediti vəsait çatışmazlığı səbəbi ilə geri qaytara bilmir.

 RİA Novosti xəbər verir ki, Tiqran Melkonyan kreditin ödəmə vaxtının təxirə salınmasını istəyib.

" “Metsamor” AES-in istismar müddətinin uzadılması layihəsinin reallaşdırılması işlərinin yubanması ilə bağlı məsələni qaldırmaq istəyirəm. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Layihənin uğurla başa çatması üçün kreditin qüvvədə olma müddətinin uzadılması barədə qərar qəbul etmək lazımdır. Hələlik kredit üzrə illik ödənişlərin yeganə mənbəyi "Metsamor" AES-in elektrik enerjisinin satışından əldə edilən vəsaitdir", - deyə Melkonyan qeyd edib. 

Qeyd edək ki, Ermənistan hökumətinin proqramı AES-in istismar müddətini 2026-cı ilədək uzatmağı nəzərdə tutur. 

Maliyyələşmə Rusiyanın 270 milyon dollar məbləğində verdiyi dövlət ixrac krediti və 30 mln. dollar məbləğində ayırdığı qrantın hesabına həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri