16 
Apr
2019
02:00
123
159
5163
Virtual karabakh

Notr-Dam kilsəsindəki qədim dini əsərlər xilas edilib

16 Apr, 2019
02:00
5163

Notr-Dam kilsəsindəki qədim dini əsərlər xilas edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdəki müqəddəs Notr-Dam katedralında yerli vaxtla saat 19:00–da başlayan yanğın hələ də söndürülməyib.

Katedralda saxlanılan qədim dini sənət əsərlərinin böyük bir hissəsi, o cümlədən İsa peyğəmbərə aid olan maddi irs nümunələri yanğından mühafizə edilib. 

Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, hazırda binada baş verən yanğını söndürmək mümkün deyil. Yanğın nəticəsində XII əsrə aid kilsənin ən hündür qülləsi və damı uçub.

Hadisədən sonra Fransa prezidenti Emmanuel Makron  keçirəcəyi mətbuat konfransını ləğv edib və hadisə yerinə gəlib.Qədim mədəniyyət abidəsinin yanması bütün dünyada böyük itki kimi qiymətləndirilib.

Yanğınsöndürənlərin ehtimallarına görə, Notr-Dam kilsəsinin şimal qülləsi hissəsinin tamamilə məhv olma ehtimalı var. Bir qədər əvvəl isə kilsənin bərpasının azı 10 il vaxt tələb edəcəyi açıqlanıb.

Qeyd edək ki,əsası1163-cü ildə qoyulmuş Notr-Dam kilsəsi Müqəddəs Məryəm Ana Kafedralının əsas tərkib hissəsi idi. İldə 13 milyon turist qəbul edən bu tarixi abidə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş nadir memarlıq incilərindən biridir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri