16 
Apr
2019
09:53
120
27
2501
Virtual karabakh

Savçenko azadlıqda

16 Apr, 2019
09:53
2501

Savçenko azadlıqda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət çevrilişinə cəhddə şübhəli bilinərək istintaq təcridxanasına yerləşdirilmiş Ukrayna Radasının deputatı Nadejda Savçenko azadlığa çıxıb.

Bu barədə TASS məlumat yayıb.

Kiyev vilayətinin Brovar şəhər məhkəməsi Savçenko və “Zabit korpusu” təşkilatının rəhbəri Vladimir Rubanın sərbəst buraxılması ilə bağlı qərar çıxarıb. Ondan bir gün əvvəl məhkəmə prokurorluğun həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətini təmin etməmişdi.

“Mən azadlıq uğrunda necə mübarizə aparılmalı olduğunu göstərdim. Ədalətsiz olaraq mühakimə olunmuş hər kəsə azadlıq arzu edirəm. Mən qaydaları pozmuram və ölkə xaricinə qaçmıram. Halbuki prokurorlar bunun belə olacağına zəmanət verir. Mən Ukraynadan qaça bilmərəm, axı mən Ukrayna qəhrəmanıyam”, - deyə sərbəst buraxılan Savçenko bildirib.

Nadejda Viktorovna Savçenko – ukraynalı dövlət və siyasi xadim, keçmiş hərbçi, Ukrayna Ali Radasının VIII çağırışının deputatı və Ukrayna qəhrəmanıdır. Ukrayna silahlı qüvvələrində kapitan rütbəsində olub.

Hərbi xidmətdə olan zaman “Mi-24” helikopterinin şturman-əməliyyatçısı olub. Şərqi Ukraynada gedən döyüşlər zamanı müəmmalı şəraitdə rusiyayönümlü separatçı döyüşçülərə əsir düşüb. Donetsk şəhər məhkəməsinin qərarı ilə VQTRK telekanalının jurnalistinin ölümü ilə əlaqədar mühakimə olunub.

2014-cü ildə isə Luqanskda 22 il azadlıqdan məhrum edilib. 2015-2016-cı illərdə beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. 2016-cı ildə Rusiya Federasiyası prezidentinin fərmanı ilə əfv olunub.

22 mart 2018-ci ildə isə dövlət çevrilişi və terror aktlarının təşkilində şübhəl bilinərək Ali Radanın binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri