16 
Apr
2019
15:26
233
145
4038
Virtual karabakh

Rusiyalılar arasında Stalina pərəstiş rekord həddə çatıb

16 Apr, 2019
15:26
4038

Rusiyalılar arasında Stalina pərəstiş rekord həddə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalıların çoxu keçmiş SSRİ lideri İosif Stalinin ölkənin həyatında oynamış olduğu rolu müsbət qiymətləndirib.

Meduza”nın məlumatına görə, “Levada mərkəzi” mart ayında keçirdiyi ictimai rəy sorğusunun nəticələrini dərc edib.  

Respondentlərin 70 faizindən çoxu Stalinin rolunu yüksək qiymətləndirib. Bu, keçirilən bütün anoloji sorğular ərzində rekord göstərici sayılır. Sorğuda iştirak edənlərin 19 faizi isə Stalinin oynadığı roldan razı deyil.

Stalinin şəxsiyyətinə gəlincə, respondentlərin 51 faizi onu müsbət qiymətləndirir, 41 faizi hörmətlə yanaşır.    

Maraqlıdır ki, respondentlərin az qala yarısı (46 faizi) Stalinin hakimiyyəti dövründə törədilən cinayətlərin və repressiyalara bəraət qazandırıb və onların ali məqsədlər üçün vacib olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri