17 
Apr
2019
11:55
17
165
2128
Virtual karabakh

Tripoliyə raket hücumu: ölənlər var

17 Apr, 2019
11:55
2128

Tripoliyə raket hücumu: ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Liviyanın paytaxtı Tripoli raket hücumuna məruz qalıb. Zərbələr nəticəsində azı iki nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı bildirilir.

Bu barədə “Reuters” agentliyi şəhərin fövqəladə xidmətinə istinadən məlumat yayıb.

Bundan əvvəl “Fransa Press” agentliyi Tripoli istiqamətində bir neçə raketin buraxıldığını və şəhərdə silsilə partlayışların baş verdiyini xəbər verirdi. Agentliyin məlumatına görə, zərbələrdən sonra Tripolinin bəzi rayonlarını qatı duman bürüyüb.

Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlif Həftar Tripoliyə nəzarət uğrunda irimiqyaslı hərbi əməliyyata başlayıb. Aprelin 7-də isə Liviya hökumətyönümlü qüvvələri Həftarın ordusuna qarşı cavab tədbirlərinin görüləcəyini elan edib. Toqquşmalarda azı 174 nəfər həlak olub, 756 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri