17 
Apr
2019
14:57
197
34
3037
Virtual karabakh

Sudan prezidenti həbsxanaya salındı

17 Apr, 2019
14:57
3037

Sudan prezidenti həbsxanaya salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sudanın hakimiyyətdən kənarlaşdırılmış prezidenti Ömər əl-Bəşir həbsxanaya salınıb.

RİA Novosti”nin məlumatına görə, çərşənbə axşamı gecə saatlarında xüsusi xidmət orqanı əməkdaşları keçmiş prezidenti onun hərbi çevrilişdən bəri qaldığı (ev dustaqlığı – red.) qonaq evindən çıxararaq Xartum yaxınlığında yerləşən Kober cəzaçəkmə müəssisəsinə köçürüb.

Məlumata görə, prezidentlə yanaşı, onun 11 yaxın silahdaşı və sudanlı yüksək vəzifəli dövlət məmuru haqqında həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 11-də Sudanda dövlət çevrilişi olub. Hərbçilər Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdıraraq, dövlətə nəzarəti ələ keçiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri