17 
Apr
2019
18:30
367
119
10040
Virtual karabakh

İmamoğlu qələbə qazanıb - Rəsmi təsdiq - YENİLƏNİB

17 Apr, 2019
18:30
10040

İmamoğlu qələbə qazanıb - Rəsmi təsdiq - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul vilayəti üzrə seçki protokolları ilə bağlı etirazı isə qəbul edilməyib.

17:33

Bu gün Türkiyədə CHP-nin Böyük Şəhər Bələdiyyəsinə sədr seçkilərində namizədliyi irəli sürülən Əkrəm İmamoğlu İstanbul Seçki Komissiyasına dəvət edilib.

NTV xəbər verir ki, İmamoğluna seçkinin qalibi olduğunu göstərən vəsiqənin və yekun protokolun verilməsi gözlənilir.

Martın 31-də keçirilən seçkilərin nəticələrinə görə, Əkrəm İmamoğlu 4 milyon 169 min 765, AKP-nin namizədi Binəli Yıldırım isə 4 milyon 156 min 36 səs alıb.

Qeyd edək ki, bundan əvvəl MSK AKP-nin səslərin yenidən sayılması ilə bağlı tələbini rədd etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri