18 
Apr
2019
11:49
367
56
6052
Virtual karabakh

Vahid Ələkbərov Rusiyanın üçüncü ən varlı biznesmenidir - FOTO

18 Apr, 2019
11:49
6052

Vahid Ələkbərov Rusiyanın üçüncü ən varlı biznesmenidir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalı Rusiyanın ən zəngin iş adamlarının illik reytinqini tərtib edib.

Nəşrin məlumatına görə, bu il ən zəngin rusiyalı biznesmenlərin siyahısına “Sibura” və “Novateka” şirkətlərinə sahib olan Leonid Mixelson başçılıq edir. Onun varidatı 24 milyard dollara yaxındır.

İkinci yerdə 21,3 milyard dollar sərvətlə “NLMK” şirkətlər qrupunun direktorlar şurasının sədri Vladimir Lisin göstərilib. İlk üçlüyü “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti 20.7 milyard dollar civarında qiymətləndirilir.

Ümumilikdə jurnalın reytinqinə 100 dollar milyarderi və 100 multimilyonçusu daxil edilib. Onların ümumi sərvəti 496 milyard dollar təşkil edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri