18 
Apr
2019
13:33
55
179
11798
Virtual karabakh

Notr-Dam yandı, qadın imana gəldi - FOTO

18 Apr, 2019
13:33
11798

Notr-Dam yandı, qadın imana gəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” istifadəçisi Keyli Kreyn yazdığı “tweet”lə sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb. O, Parisin Notr-Dam kilsəsində baş verən yanğın zamanı səcdəgah və əsas xaça heç bir ziyanın dəyməməsinin Tanrının varlığını sübuta yetirdiyini yazıb.

“...Zəhmət olmasa, mənə izah edin, bundan sonra Tanrıya necə inanmamaq olar”, - deyə kilsənin yanğından sonrakı şəklini bu yazı ilə şərh edib.

Onun bu yazısı ən populyar “tweet”lərdən birinə çevrilərək 70 min “like” və repost toplayıb.

Şərhlərdə bir çoxları xaçın qızıldan olmasını əsas gətirərək, qadının elmdən anlayışının olmamasına eyham vurub.

“Qızıl 1064 dərəcədə əriyir, ağac isə təxminən 600 dərəcədə yanır”, - deyə istifadəçilərdən biri yazıb.

Bəziləri isə qızın sözlərinə istehza etməyə başlayıb.

“Daşlar da salamat qalıb. Mən indi daşlara inanıram. İndi daşların mənim tanrılarım və qoruyucularım olduğuna inanıram”, - deyə Mark   Hardvik adlı istifadəçi yazıb.

“1064  dərəcə temperaturda əriyən metalın 600 dərəcə temperaturda salamat qalmasına bir möcüzə şəklində sidq-ürəkdən inanmağın təhsil islahatlarının zəruri olduğunu bir daha sübuta yetirir”, - deyə ASPK adlı istifadəçi yazıb.

Xatırladaq ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində baş vermiş yanğın nəticəsində tarixi əhəmiyyətli binanın üçdə bir hissəsi yanıb, dam örtüyünün bir hissəsi, qədim saatlar, şpil məhv olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri