19 
Apr
2019
01:10
40
337
16414
Virtual karabakh

16 yaşlı aktrisa qəfil dünyasını dəyişdi

19 Apr, 2019
01:10
16414

16 yaşlı aktrisa qəfil dünyasını dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı aktrisa və model Maya-Lesiya Neylor 16 yaşında qəflətən ölüb.

Oxu.Az xəbər verir ki, modelin ölüm səbəbi haqqında ətraflı məlumat olmasa da, bildirilir ki Neylor özünü halsız hiss edib və yerə yıxılıb.

Maya-Lesiya  məşhur layihələrdə çəkilə bilməsədə, Hollivudun məşhur aktyorları Tom Henks və Holi Berri ilə  tərəf müqabili olub.

O  “Bulud atlasında”, “Gözəl yaşamağı qadağan etmək olmaz” seriallarında və “Qırmızı kod”, “İndeks Zero” filmlərində canlandırdığı obrazlarla  məşhurluq qazanıb. 

Neylor sonuncu müsahibəsində böyük ümüdlərlə gələcək planlarından danışıb, həyatını musiqiyə bağlayacağını dilə gətirmişdi. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri