22 
Apr
2019
14:57
41
339
7005
Virtual karabakh

ABŞ Türkiyəyə ultimatum verdi

22 Apr, 2019
14:57
7005

ABŞ Türkiyəyə ultimatum verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı demokrat senator Bob Menendes Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksləri alacağı təqdirdə Ankaraya qarşı sanksiyalar tətbiq edəcəyini deyib. Menendes beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə tədarükünü istisna edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Prezident Rəcəb Tayyip Ərdoğan “S-400” raketdən müdafiə sisteminin əldə olunmasına təkid etsə, onun alınması və quraşdırılması ilə bağlı prosesləri yekunlaşdırsa, bundan əvvəl konqresə çıxardığım qanun layihəsi əsasında Ankaraya qarşı sanksiyalar tətbiq olunacaq.

Sanksiyalar icbari xarakter daşıycaq. Biz bunu istəmirik, Türkiyəyə başqa variantlar da təklif etmişik. “S-400” sistemi NATO sistemlərinə uyğun deyil”, - deyə senator “Katimerini” (Yunanıstan) qəzetinə verdiyi müsahibədə bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri