22 
Apr
2019
22:42
31
278
2947
Virtual karabakh

Şri-Lankadakı terror aktlarında 30 ölkənin vətəndaşı ölüb

22 Apr, 2019
22:42
2947

Şri-Lankadakı terror aktlarında 30 ölkənin vətəndaşı ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən bazar günü Şri-Lankada törədilən terror hücumları nəticəsində 30 əcnəbi vətəndaşın öldüyü bildirilir.

14 əcnəbi itkin düşüb, 17 nəfər də xəsarət alaraq paytaxt xəstəxanalarına yerləşdirilib.

RİA-Novosti xəbər verir ki, Banqladeş, Fransa, Yaponiya, Niderland, Portuqaliy, İspaniyanın hər birindən 1, Çin, Türkiyə, ABŞ, Avstraliya, Səudiyyə Ərəbistanının hər birindən 2, Böyük Britaniyadan 6, Hindistandan 8 nəfər terrora qurban gedib.

Habelə ikili vətəndaşlığı olan 4 nəfər partlayışlar zamanı həlak olub.

Qeyd edək ki,  aprelin 21-də Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb. Şri-Lanka prezidenti ölkədə törədilən silsilə terror hücumları fonunda fövqəladə vəziyyət rejimi tətbiq etməyə hazırlaşır. Fövqəlatə vəziyyətin aprelin 23-də gecə yarısı qüvvəyə minəcəyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri