24 
Apr
2019
17:08
50
206
7963
Virtual karabakh

Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO

24 Apr, 2019
17:08
7963

Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KXDR lideri Kim Çen Inın Rusiyaya daxil olan qatarını hərəkətdə olan zaman təmizləyiblər.

Vladivostok vağzalında çəkilmiş videogörüntünü rusiyalı jurnalist Dmitri Smirnov öz “Twitter” hesabında paylaşıb.

“Qatarın qapılarını və məhəccərlərini qatar gedə-gedə təmizləyirlər, səviyyə budur!”, - deyə jurnalist yazıb.

Xatırladaq ki, Kim Çen In aprelin 24-də səhər saatlarında öz zirehli qatarı ilə Rusiya ərazisinə daxil olub. Onun Vladivostokda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir.

Danışıqlar aprelin 25-də aparılacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri