25 
Apr
2019
15:03
119
23
2206
Virtual karabakh

Obamanın keçmiş müşaviri Trampa rəqib olacaq

25 Apr, 2019
15:03
2206

Obamanın keçmiş müşaviri Trampa rəqib olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın sabiq prezidenti Barak Obamanın müşaviri Co Bayden 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizəd olacağını rəsmi formada açıqlayıb. 

Npr.org portalının məlumatına görə, o, Demokratlar arasında keçiriləcək seçkilərdə qələbə qazanıb, prezidentlik yarışına qatılacağını bildirib. 

Xatırladaq ki, buna qədər Massaçusetsin sabiq qubernatoru Bill Ueld Respublikaçılar Partiyasının tərkibində Trampla mübarizə aparacağını, daha sonra 2020-ci ildə keçiriləcək prezident seçkilərində mübarizə aparacağını qeyd etmişdi. 

Onlardan başqa, ABŞ Nümayəndələr Palatasının üzvü Beto Orounk, Vermont senatoru Berni Sanders, sabiq prezident Obamanın dövründə nazir vəzifəsini tutan Culian Kastro, İraq müharibəsində əsgər olan və hazırda Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Kaliforniya senatoru Kamala Harris və Demokratların Massaçusets üzrə senatoru Elizabet Uarren də prezident seçkilərinə qatılacağını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri