26 
Apr
2019
00:14
1079
20
6127
Virtual karabakh

Mixail Qorbaçov xəstəxanaya düşdü

Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

Bu barədə TASS agentliyi SSRİ-nin ilk prezidenti haqqında ilk filmin rejissorlarından biri Andre Sinqerə istinadən məlumat verib.

Rejissor, eks-prezidentin “Tanış olun, Qorbaçov” filminin premyerasına gələ bilmədiyini, buna həkimlərin icazə vermədiyini yazıb. Qeyd edək ki, premyera 41-ci Moskva Kino Festivalı çərçivəsində aprelin 25-nə planlaşdırılmışdı.

“Onun xəstəxanadan çıxmasına həkimlər icazə verməyiblər. Lakin 88 yaşlı siyasətçi özünü yaxşı hiss edir”.

Eyni zamanda Qorbaçov Fondunun nümayəndəsi bu məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki,  bu gün siyasətçi ilə iki saat zaman keçirib  və onun premyeraya getmək planı olmayıb.

Mixail Qorbaçov 1990-cı il martın 15-də Sovet İttifaqının tarixində ilk və son dəfə olaraq  prezident seçilib. 2017-ci ildə verdiyi müsahibələrdən birində Qorbaçov Qərb ölkələrində Rusiyadan daha çox tanındığını söyləsə də, “Qərb ölkələrinə köçməyəcəyini, ömrünün sonuna qədər Rusiyada yaşayacağını” vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri