26 
Apr
2019
17:28
26
211
6160
Virtual karabakh

Havada olan təyyarədən özünü atmaq istədi - VİDEO

26 Apr, 2019
17:28
6160

Havada olan təyyarədən özünü atmaq istədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“EasyJet” aviaşirkətinə aid hava reysi ilə Londondan Pizaya uçan sərnişin qəza çıxış qapısını açaraq, özünü doqquz min metr yüksəklikdən atmağa çalışıb.

Bu barədə “The Sun” məlumat yayıb.

“O, bir qədər həyəcanlı görünürdü, əynində qalın palto var idi. Tualetdən çıxandan sonra qəza çıxış qapısına yaxınlaşıb, onu açmağa cəhd etdi. Ekipaj üzvlərindən biri ona qışqırmağa başladı, sərnişinlərdən bəziləri isə təşvişə düşüb ağlayırdı”, - deyə hadisə şahidlərindən biri danışıb.

Sərnişinlər və ekipaj üzvləri sonradan müdaxilə edərək, kişini kresloya əyləşdirib. Təyyarə Pizada yerə enənə qədər onu yerindən tərpənməyə qoymayıblar.

Bəzi mənbələr həmin şəxsin sərxoş olduğunu yazır.

Aeroportda polisə təhvil verilən kişinin 30 yaşlı italiyalı olduğu müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri