29 
Apr
2019
09:11
48
80
3970
Virtual karabakh

“Qisasçılar” rekorda imza atdı - VİDEO

29 Apr, 2019
09:11
3970

“Qisasçılar” rekorda imza atdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Marvel” studiyasının məşhur fantastik saqasından olan “Qisasçılar: Final” filmi kassa gəlirləri üzrə dünya rekorduna imza atıb. Ekran əsəri buna qədər ən gəlirli film sayılan “Ulduz müharibələri: Qüvvənin oyanışı” fantastik filminin rekordunu təzələyərək, premyera günündə 156,7 milyon dollar gəlir götürüb.

Qeyd etmək lazımdır ki, əksər kinolar kinoteatrlarda ümumi yayım ərzində belə bu məbləği toplaya bilmir.

“Qisasçılar: Final” filmi “Marvel”in 11 il davam edən bu silsiləsinin son epizodu sayılır.

Əvvəlki rekordçu, “Ulduz müharibələri” fantastik-saqasından olan “Qüvvənin oyanışı” epizodu 2015-ci ildə bir günə 119 milyon dollar qazanc gətirmişdi.

Onu da bildirək ki, “Qisasçılar: Final” filminin rejissorları Co Russo və Entoni Russodur.

Baş rollarda Robert Dauni-kiçik, Kris Evans, Mark Rufallo, Kris Hemsvort, Skartlett Yohansson, Ceremi Renner, Don Cild, Pol Radd, Bri Larson, Karen Gillan, Danay Qurira, Bredli Kuper və Coş Brolin yer alıb. 

Film haqqında qısaca: Qisasçılar komandasının sağ qalan üzvləri və onların tərəfdaşları qüdrətli Tanos titanının dağıdıcı fəaliyyətini dayandırmağa kömək edəcək yeni plan hazırlamalıdırlar. Tarixin ən böyük miqyaslı və faciəli döyüşündən sonra onlar səhv edə bilməzlər.

Filmin nümayişi aprelin 29-dan başlayır. 

Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından: www.cinemaplus.az,

mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus 

həmçinin, 012 499 89 88 nömrəsi ilə və 119 qaynar xətti ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.

Qeyd etmək istəyirik ki, “CinemaPlus Azerbaijan” kinoteatrı sutkada 24 saat işləyir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri