30 
Apr
2019
20:40
166
58
9275
Virtual karabakh

Hindistan ordusu Qar adamın ayaq izlərini paylaşdı - FOTO

Hindistan ordusunun  rəsmi Twitter səhifəsində Qar adamın ayaq izlərinə rast gəlindiyi barədə məlumat verilib və fotolar yayımlanıb.

Əsgərlər ayaq izlərinin əfsanəvi Yetiyə aid olduğuna inanırlar. Ayaq izləri aprelin 9-da Himalay dağlarındakı Makalu hərbi bazası yaxınlığında tapılıb.

Qeyd edək ki, alimlər Yetinin varlığına dair bir iz olmadığını bildirirlər. Amma Himalay bölgəsində yaşayan xalqların böyük bir qismi bu barədə fərqli düşünür.

Hətta  Qar adamının keçmişdə də Makalu-Barun Milli Parkında görüldüyü qeyd edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri