May
2019
09:18
235
20
2664
Virtual karabakh

Çin ABŞ-la ticarət müharibəsinə hazırlaşır

7 May, 2019
09:18
2664

Çin ABŞ-la ticarət müharibəsinə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin ABŞ-ın idxal rüsumlarını qaldıracağı təqdirdə ölkə iqtisadiyyatının stimullaşdırılması ilə bağlı tədbirlər paketi qəbul etməyi planlaşdırır. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan idxal rüsumlarını 25 faiz qaldırmaq fikrindədir.

REN TV-nin məlumatına görə, Pekin xüsusilə daxili istehlakı, avtomobil və məişət texnikası satışını stimullaşdırmaq məqsədilə vergiləri aşağı salmaq niyyətindədir.

Həmçinin, kredit faizlərinin aşağı salınması nəzərdən keçirilir.

Bundan savayı, kiçik şəhər və qəsəbələrdə yaşayış evlərinin satışı ilə bağlı məhdudiyyətlər azaldılacaq. Rəsmi Pekin bununla təkcə meqapolislərdə deyil, həm də digər şəhərlərdə xarici investorlar üçün əlverişli şərait yaratmaq niyyətindədir.

Qeyd edək ki, Vaşinqtonun hazırda Çin məhsullarına tətbiq etdiyi rüsum 10 faiz civarındadır. Üstəlik, bunlar müəyyən qruplardan olan mallara şamil olunur. Hazırda isə Tramp məhsullara ümumilikdə 325 milyard dollarlıq rüsum tətbiq etməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri