May
2019
18:16
142
64
4774
Virtual karabakh

Koçaryan Paşinyana rəqib olacaq

8 May, 2019
18:16
4774

Koçaryan Paşinyana rəqib olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan ölkədə yeni siyasətçilərin və müxalifət partiyalarının meydana gəlməsinin “güclü siyasi qüvvə”nin yaranmasına gətirib çıxaracağını bildirib.

Reuters” agentliyinin məlumatına görə, Koçaryan belə müxalifətdə yer almaq fikrində olduğunu deyib.

Onun sözlərinə görə, ötən il Ermənistanı bürüyən etiraz dalğası cəmiyyətin narazılıq kasasının dolması və dəyişiklik istəyi ilə bağlı olub.

“Mən bunu heç də inqilab adlandırmazdım, çünki ümumi götürəndə ölkədə heç nə dəyişmədi. Dəyişən bircə cəmiyyətdə aqressiyanın və rəhbərlikdə isə populizm və diletantlığın daha geniş təzahürü olub”, - deyə Koçaryan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri