13 
May
2019
12:43
202
56
5948
Virtual karabakh

Səudiyyə Ərəbistanı tankerlərinə hücum

13 May, 2019
12:43
5948

Səudiyyə Ərəbistanı tankerlərinə hücum

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanına məxsus iki neft tankeri Birləşmiş Ərəb Əmirliyi sularında “təxribat hücumu”na məruz qalıb.

BBC-nin məlumatına görə, bunu ölkənin energetika naziri Xalid əl-Fəlih bildirib.

Fuceyrə limanı yaxınlığında baş verən insident nəticəsində gəmilərə ciddi ziyan dəysə də, ölən və yaralıların olmadığı bildirilir. Nazir hücumun haradan qaynaqlandığını bildirməyib və təfsilata varmayıb.

“Gəmilərdən biri xam neftlə doldurulması üçün Ras Tanura limanına yola düşmüşdü, sonradan həmin neft “Aramko” şirkətinin ABŞ-dakı müştərilərinə çatdırılmalı idi”, - deyə nazirin bəyanatında deyilir.

Bundan əvvəl, mətbuatda BƏƏ sahillərində olan neft tankerlərində partlayışın baş verməsi və dənizə neftin sızması barədə məlumat yayılsa da, Fuceyrə əmirliyi hökuməti məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri