14 
May
2019
07:47
41
177
9607
Virtual karabakh

Türkiyə ilə Qırğızıstan arasında diplomatik qalmaqal - VİDEO

14 May, 2019
07:47
9607

Türkiyə ilə Qırğızıstan arasında diplomatik qalmaqal - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Xarici İşlər Nazirliyi Qırğızıstan müsəlmanları ruhani idarəsini kəskin tənqid edib.

Anadolu agentliyinin xəbərinə görə, mayın 8-də Ruhani idarənin Bişkekdə keçirtdiyi iftar mərasiminə FETÖ terror təşkilatının üzvləri də dəvət olunub. 

Türkiyə XİN-in rəsmi təmsilçisi Hami Aksoy bunu “qəbulolunmaz” adlandırıb.

Diplomat xatırladıb ki, FETÖ terror təşkilatının dünya ölkələrində fəaliyyətinə qarşı mübarizə Türkiyə xarici siyasətinin prioritet istiqamətlərindəndir. 

“Biz dəfələrlə xəbərdar etmişik ki, FETÖ üzvləri yaşadığları ölkələrin təhlükəsizliyinə xələl yetirir”, - deyə Aksoy vurğulayıb. 

Qeyd edək ki, diplomatik qatmaqalda Türkiyənin Qırğızıstandakı səfiri Cengiz Kamil Firat da iştirak edib.

Qırğızıstan müsəlmanları ruhani idarəsininin təşkil etdiyi həmin iftar mərasiminə dəvət olunan səfir orada FETÖ üzvlərinin olmasına qəti etiraz edib.

“Ya Türkiyəni seçərsiz, ya terrorçuları seçərsiz”, - deyə səfir məclisi tərk edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri