14 
May
2019
09:08
163
269
5818
Virtual karabakh

İranla gərginlik: ABŞ 120 minlik qoşun göndərə bilər

14 May, 2019
09:08
5818

İranla gərginlik: ABŞ 120 minlik qoşun göndərə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran nüvə silahının hazırlanmasını sürətləndirəcəyi və amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə, Yaxın Şərqə 120 minə qədər hərbçi göndərə bilər.

New York Times”ın yazdığına görə, bunu nəzərdə tutan planı ABŞ müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan milli təhlükəsizliklə bağlı mayın 9-da Vaşinqtonda keçirilən iclasda təqdim edib.

Nəşrin yazdığına görə, yeni plan Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun  başçılığı altında “şahinlərin” təzyiqi altında təşkil olunub.

Qəzetin mənbəsinin bildirdiyinə görə, planda göstərilən şəxsi heyət sayı onunla tanış olan bir çox siyasətçiləri təəccübləndirib, həmin sayda hərbi kontingent 2003-cü ildə İraq istilası zamanı səfərbər olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri