15 
May
2019
05:58
25
269
5374
Virtual karabakh

Türkiyə parlamentində terrora cəhd

15 May, 2019
05:58
5374

Türkiyə parlamentində terrora cəhd

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə parlamentin binasına daxil olmaq istəyən iki terrorçu saxlanılıb.

İhlas” xəbər verir ki, bir qadın və bir kişi parlamentin binasına gələrək Cümhuriyyət Xalq Partiyasının deputatı Mahmut Tanalın onları qəbul edəcəyini bildiriblər.

Təhlükəzislik qüvvələri sözügedən şəxslərdən şübhələnib üzərlərini yoxlamaq istiyiblər. Lakin terrorçular üzərlərində olan karandaşın ucuna bərkidilmiş ülgüclə bir nəfəri girov götürməyə çalışıblar. Mühafizəçilər dərhal bunun qarşısını alıblar.

Saxlanılan şəxslərin "İnqilabçı Xalq Azadlıq Partiyası – Cəbhə" (DHKP-C) terror təşkilatı ilə əlaqələrinin olduğu qeyd edilir.

DHKP-C - sol radikal marksist-leninçilər partiyasıdır. Kommunist-yaraqlılar 2013-cü ildə Xatay vilayyətində terror aktları həyata keçiriblər.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri