15 
May
2019
23:35
102
72
7248
Virtual karabakh

Milyarder xanımının məhsulları təhlükəli hesab edildi

15 May, 2019
23:35
7248

Milyarder xanımının məhsulları təhlükəli hesab edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teleulduz Kayli Cennerin şəxsi kosmetik brendi olan “Walnut Face Scrub” markalı üz üçün skrab (dərini təmizləmək üçün vasitə) sağlamlıq üçün təhlükəli hesab edilib.

Bu barədə The Sun məlumat verib.

Cenner reklam etdiyi videoçarxda çox incə və səmərəli olan məhsulu həftədə 3 dəfə istifadə etməyi məsləhət görür və onun ölmüş hüceyrələri təmizlədiyini bildirir. 

Lakin dermotoloqlar “Kylie Skin” markasının həvəskarlarına bildiriblər ki, məhsulun tərkibinə daxil edilmiş yunan qozu üz dərisinə ciddi ziyan vura bilər. Onların fikrinə görə, yunan qozunun sərt qabıqları dərinin üst səhtində mikroçatlar yaradır və bu bakteriyalara dərinin dərin qatlarına keçməyə imkan verir.

Kayli Cennerin fanatları dəri təmizləyən vasitənin içərisində qoz qabıqlarından istifadə etdiyinə görə, onu tənqid ediblər.

Hələlik Kayli Cenner bu iddialara cavab verməyib.

Martın 5-də Forbes Kaylli Cenneri dünyanın ən gənc milyarderi elan edib. O, bu sərvətə öz əməyi ilə nail olub. 21 yaşlı Kayli hələ 2016-cı ildə şəxsi kosmetika brendini yaratmaqla ilk milyonunu qazanıb.

2018-ci ildə Los-Anceles polisi kosmetik mağazalar şəbəkəsindən tərkibində heyvanlara məxsus bioloji tullanıtlar olan kosmetik vasitələri müsadirə edib. 21 ticarət nöqtəsindən 700 min dollarlıq kosmetik vasitə yığışdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri