16 
May
2019
01:00
262
76
12985
Virtual karabakh

Rusiyanın kosmik sirlərini daşıyan yüksək vəzifəli şəxs ölkədən qaçıb

16 May, 2019
01:00
12985

Rusiyanın kosmik sirlərini daşıyan yüksək vəzifəli şəxs ölkədən qaçıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Roskosmos” kosmik agentliyinin top-meneceri Yuri Yaskin ölkədən qaçıb.

 Gazeta.ru-nun verdiyi  məlumata görə bu addım onun rəhbərlik etdiyi, peyk və ballistik raket tədqiqatları mərkəzində aparılan audit və təftişlərlə bağlıdır. Məlumatda qeyd edilir ki, Yuri Yaskinin rəhbərlik etdiyi mərkəz  “Roskosmos”un “beyni” sayılacaq qədər önəmli müəssisədir.

Aprel ayında “Roskosmos”un xətti ilə Avropaya rəsmi səfərə gedən Yaskin geri qayıtmayıb və istefa verdiyini bəyan edib. Hazırda Yaskinin harada olduğu bəlli deyil. Bəzi ehtimallara görə, o Yunanıstanda gizlənir.

Rusiya KİV-ləri onun 2,3 milyard rubl yeyintiyə yol verdiyini bildirirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri