16 
May
2019
16:20
233
21
3765
Virtual karabakh

Zelenskinin andiçmə tarixi məlum oldu

16 May, 2019
16:20
3765

Zelenskinin andiçmə tarixi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminin vaxtı məlum olub. İnauqurasiya mayın 20-də yerli vaxtla 10:00-da keçiriləcək.

Bu barədə Strana.ua məlumat yayıb.

Andiçmə gününün mayın 20-nə təyin olunması ilə bağlı Ali Radada keçirilən səsvermədə 315 deputat lehinə səs verib. Bu səs sayı inauqurasiya tarixinin dəqiqləşməsi üçün kifayət edib.

Xatırladaq ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci mərhələsi keçirilib. V.Zelenski ümumi səslərin 73 faizini toplayaraq, rəqibi, hazırkı Ukrayna prezidenti Pyotr Poroşenkoya (təxminən 24 faiz) qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri