16 
May
2019
16:31
226
21
3920
Virtual karabakh

Nazarbayev “birinci prezident” statusundan imtina etdi

16 May, 2019
16:31
3920

Nazarbayev “birinci prezident” statusundan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nursultan Nazarbayev Qazaxıstanın “birinci prezident”i statusunun verilməsi ilə əlaqədar “narahatlıq yaratmaq” istəmir.

Bunu Nazarbayev XII Astana İqtisadi Forumunda etdiyi çıxışda bildirib.

“Mən narahatlığa səbəb oluram. “Birinci prezident”, sonra prezident deməli olursunuz. Ancaq Qazaxıstanda belə ikitərəflilik olmayacaq. Bir prezident var, başçı odur”, - deyə “Sputnik-Qazaxıstan” N.Nazarbayevdən sitat gətirib.

Nursultan Nazarbayevin sözlərinə görə, o, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürə bilərdi, lakin yeni nəsil siyasətçilərə ehtiyac olduğunu düşündüyündən, bu fikrindən daşınıb.

“Növbəti rəhbərliyin tapşırığı – bütün proqramları davam etdirməkdir. “Qazaxıstan-2050” proqramına görə, biz ən inkişaf etmiş ölkələrin otuzluğuna düşməliyik, bu istiqamətdə işlər davam edir”, - deyə birinci prezident bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri