16 
May
2019
23:44
113
325
6442
Virtual karabakh

ABŞ çeçen xüsusi təyinatlılarına qarşı sanksiya tətbiq etdi

16 May, 2019
23:44
6442

ABŞ çeçen xüsusi təyinatlılarına qarşı sanksiya tətbiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Çeçenistanın “Terek” xüsusi təyinatlı çevik alayına qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

“Qara siyahı”ya alay komandiri Əbuzeyd Vismuradov, Kareliyanın 7 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Sergey Kossiyev, Rusiya istintaq komitəsinin müstəntiqi Yelena Trikulya, Rusiya DİN-in əməkdaşı Gennadi Karlovun da adları daxil edilib. 

Onların hamısının adı “Maqnitski qanunu” çərçivəsində  “qara siyahı”ya salınıb.

“Maqnitski qanunu” ABŞ-da 2012-ci ildə qəbul edilib. Qanun insan hüquqlarını pozan rusiyalılara qarşı sanksiyalar tətbiq edilməsini və adlarının ictimaiyyətə açıqlanmasını ehtiva edir.

Qanun 2008-ci ildə həbs edilmiş, 2009-cu ildə təcridxanada ölmüş hüquqşünas Sergey Maqnitskinin şərəfinə belə adlandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri