17 
May
2019
15:19
244
90
11307
Virtual karabakh

“F-16” qırıcısının qəza anı – YENİLƏNİB + VİDEO

17 May, 2019
15:19
11307

“F-16” qırıcısının qəza anı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkənin ABŞ seqmentində Cənubi Kaliforniya ştatında qəzaya uğramış “F-16” qırıcısının həvəskar görüntüsü yayılıb.

Bu barədə “ABC7” telekanalı məlumat verir.

İnsident yaxınlıqdan keçən avtomobillərdən birinin videoregistratoruna düşüb. Kadrlarda təyyarənin ABŞ hərbi hava qüvvələrinə aid bazanın anbarına çırpıldığını görmək olur.

Pilot vaxtında katapult etdiyindən xilas olub. Qırıcının hidravlik sistemində problemlərin yarandığı bildirilir.

07:21

ABŞ Hərbi Hava Qüvvələrinin F-16 təyyarəsi Kaliforniyanın Riversayd dairəsində qəzaya uğrayaraq ambarın üstünə düşüb.

Reuters xəbər verir ki, pilot katapult mexanizmi vasitəsi ilə təyyarəni tərk edib. 

Hərbi təyyarə təlim uçuşundan HHQ-nin Rezerv bazasına qayıdarkən idarəetməni itirib. 

Hərbi baza Los-Anjeles şəhərinin 100 km şərqində yerləşir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri